12 Dekabr 2019 10:57
Göyçay rayon sakinləri icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar maarifləndirilib
Birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və 2 milyona yaxın vətəndaşı əhatə edəcək. Yanvar-mart aylarında həyata keçiriləcək proses Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq olunacaq.
Bildirilib ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.
Tədbirdə icbari sığorta haqları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənməsi nəzərdə tutulur. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz ödənilməsi müəyyən edilib.
Diqqətə çatdırılıb ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, respublikada icbari tibbi sığortanın tətbiqinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə, aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq.
Sonuncu mərhələdə isə (oktyabr-dekabr ayları) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək.
Agentlik mətbuatda
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50
Спасают недоношенных младенцев по всему Азербайджану
25 Noyabr 2022 16:38
Губинская центральная больница встала на ноги
21 Noyabr 2022 16:18