09 Oktyabr 2019 09:12
“Hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunacaq” – Ekspert tibbi sığortadan danışıb
İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqindən sonra vətəndaşlar icbari tibbi sığorta paketindən istifadə etmək üçün əvvəlcə ərazi üzrə həmin sistemdə çalışan tibb müəssisələrinə müraciət edəcəklər.
Medicina.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Agentlik əhalinin sığorta haqlarının dövlət büdcəsi hesabına ödəniləcək təbəqələrini də açıqlayıb.
Məlumata görə, əmək və ya mülki, hüquqi müqavilə olmadığı halda işləyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan əhalinin bəzi qrupları üçün sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Bura 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alanlar, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olanlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar və digərləri daxildir. Həmin güzəştlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunur.
Bəs İcbari Tibbi Sığortanın (İTS) Azərbaycan vətəndaşı üçün əhəmiyyəti nədən ibarətdir?
Mövzu ətrafında azadinform-a danışan sığorta üzrə ekspert İlkin İbrahimov qeyd edib ki, İTS dünya praktikasında da var: "İTS hər kəsin normal şəraitdə tibbi xidmətlərə əlçatan olmasının təmin edilməsi deməkdir. Ümumiyyətlə, İTS dünya ölkələrində müxtəlifdir. Biz Türk modelini əsas tutmuşuq. Bu da gələcəkdə aztəminatlı əhalinin qeyd etdiyim ki, tibbi xidmətlərə əlçatanlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ötən illərdə səhiyyə sahəsində müəyyən problemlərin olduğu hər kəsə bəlli idi. Bununla bağlı dəfələrlə ölkə başçısı da, rəhbərlik də çıxışlar edirdi. Lakin ən əsas həlli yolu və maliyyələşmə tərəflərindən biri də elə icbari tibbi sığortadır. Yəni bu o deməkdir ki, İTS səhiyyə sisteminə daxil olacağı əlavə gəlir mənbəyidir. Bu da dövlət büdcəsindən başqa əlavə daxilolmalara təsir edəcək. Həmçinin İTS sayəsində İnkişaf Strategiyası əsasında xaricə üz tutan mütəxəssislərin ölkəyə cəlb olunmasında və həm də rəqabətliliyin artırılmasında çox mühüm dəyişikliklər olacaq”.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəzərdə tutulur.
Agentlik mətbuatda
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50
Спасают недоношенных младенцев по всему Азербайджану
25 Noyabr 2022 16:38
Губинская центральная больница встала на ноги
21 Noyabr 2022 16:18
İcbari tibbi sığorta ilə irsi xəstəliklərin erkən diaqnostikasında ilk addım
18 Noyabr 2022 23:40