23 Oktyabr 2018 10:18
Icbari tibbi sığorta – qapımızı döyən “möcüzə”
Ölkəmizdə icbari tibbi sığortanın (İTS) tətbiqinin zəruriliyi son illərin ən çox müzakirə edilən məsələlərindəndir. Sevindirici haldır ki, İTS-nin tətbiqi zəruriliyi yalnız müzakirələlər yekunlaşmamış, ölkə başçısının 27 dekabr 2007-ci il 2592 nömrəli sərəncamı əsasında İTS üzrə Dövlət Agentliyi yaradılmış, respublikamızın iki bölgəsində - Mingəçevir və Yevlaxda pilot layihə kimi tətbiq edilmişdir. Habelə, İTS-nin bütün ölkə ərazisində tətbiqi üçün zəruri olan hüquqi baza formalaşdırılmışdır.
Maraqlıdır, icbari tibbi sığortanın tətbiqini zərururi edən nədir? İTS-nin tətbiqi həyatımızda nələri dəyişəcək?
Xəstəliklərə qarşı “profilaktiki zireh”: Başlamadan bitən mübarizə…
İcbari tibbi sığortanın tətbiqi həyatımızda xəstəliklərlə mücadilə adına bir çox şeyi dəyişəcək ki, bunlardan da biri xəstəliklərə qarşı profilaktiki mübarizə tədbirlərinin gücləndirlməsi, maarifləndirmə prosesinə daha geniş yer verilməsidir. Ailə həkimi sisteminin tətbiqini nəzərdə tutan yeni qaydalara əsasən, vətəndaşlar hazırkı sistemlə müqayisədə tibbi profilaktiki tədbirlərə daha çox cəlb olunacaq, informasiyalarla daha çox təmasda olacaq ki, bu da xəstələnmə riskini əhəmiyyətli dərəcədə azaldacaq. Başqa cür desək, informasiyalı və profilaktiki ortam bir çox hallarda vətəndaşlara xəstəlik ehtimalı ilk fürsətdə dəf etməyə, onlarla mübarizəni başlamadan bitirməyə imkan verəcək. İTS xəstəliklərə qarşı “profilaktiki zireh” rolunu oynayacaq ki, bu da vətəndaşların sağlamlığını etibarlı müdafiə etməklə yanaşı, həkimlərin də işini azaldacaq.
Xəstəliklə “cəsarətli mübarizə” üçün yaradılan əlahiddə imkan…
İTS sisteminin digər bir üstünlüyü xəstəliklərlə mübarizənin vətəndaşlar üçün daha az maliyyə məsrəfinə başa gəlməsi olacaq. Belə ki, İTS sisteminin tətbiqindən sonra səhhətimizdəki problemin aradan qaldırılması üçün gərəkən vəsaitin böyük əksəriyyəti sığorta tərəfindən ödəniləcək. Daha dəqiq desək, xəstə və ya xəstə yaxınları müalicə xərclərinin tamamının cəmi 15%-ni özləri ödəyəcək ki, bu da 85%-lik maliyyə qənaəti deməkdir.
Heç kimə sirr deyil ki, insanların bir çoxu, xüsusilə də aztəminatlı ailələrə məxsus vətəndaşlar səhhətlərində yaranan problemlərə bəzi hallarda məhz maddi imkanlarının kasadlığı səbəbi ilə biganə qalır ki, bu da sonrakı dövrdə daha ciddi problemlərə səbəb olur. Habelə, tibbi müəssisələrə müraciət etdikləri zaman sırf maddi problemlər səbəbi ilə lazımi səviyyədə müalicə ala bilmirlər ki, bu da xəstə və xəstə yaxınlarının üzüntüsünə, özlərini çarəsiz durumda hiss etməsinə səbəb olur. İTS-nin tətbiqi bu problemi aradan qaldırır ki, bu da xəstəliklərlə “cəsarətli mübarizə” üçün əlahiddə imkan yaradır.
Bunu da qeyd edək ki, məlum sistem vətəndaşlarla yanaşı, dövlətin də maliyyə yükünü əhəmiyətli dərəcədə azaldacaq. Belə ki, İTS sistemində əsas maliyyə yükü işəgötürənlərin və sosial proqramların üzərinə düşəcək ki, bu da dövlət vəsaitinə qənaət etməyə, onu digər layihə və proqramlara yönəltməyə imkan verəcək.
Pilot layihələrin statistik göstəriciləri nədən xəbər verir?
Mingəçevir və Yevlaxda həyata keçirilən pilot layihələrin təhlili İTS-nin tətbiqi ilə vətəndaşların tibb müəssisələrinə daha çoxmüraciət etdiyini, milli səhiyyəmizin imkanlarından daha çox yararlanmağa başladığını göstərib. Daha dəqiq desək, aparılan statistik araşdırmalar nəticəsində bəlli olub ki, pilot layihələrin tətbqiindən sonra stasionar müqalicə üçün müraciət edənlərin sayı 28 dəfə artıb. Daha böyük artım isə cərrahiyyə əməliyyatlarının sayında özünü göstərib. Belə ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələrin tətbiqindən sonra cərrahiyyə əməliyyatlarının sayı 50 faiz artıb ki, bu da olduqca böyük göstəricidir. Bu rəqəmlər bir daha göstərir ki, İTS-nin tətbiqi əhalinin sosial baxımdan aztəminatlı hissəsinin müalicəsi üçün daha geniş imkanlar yaradıb.
“İTS-nin keyfiyyəti ona ayrılan vəsaitdən asılıdır”
Saytımıza açıqlamasında İTS-nin önəminə diqqət çəkən tibb elmləri doktoru, professor Adil Qeybulla, bu məsələdə maliyyə faktorunun mühüm rol oynadığını vurğuladı:
“ITS səhiyyə xidmətinin çox mühüm bir hissəsidir. Bu, sosial müdafiənin də çox mühüm bir elementidir. Normal ölkələrdə icbari tibbi sığortasız tibbi xidməti təsəvvür etmək mümkün deyil. İTS-yə kifayət qədər vəsait tələb olunur. İngiltərədə İTS-yə ildə 94 milyard funt sterlinq pul sərf olunur. Əməliyyatların yüksək səviyyədə aparılması, tibbi xidmətin, prosedurların, diaqnostik məsələlərin həyata keçirilməsi böyük vəsaitlər tələb edir.
İTS-nin keyfiyyəti ona ayrılan vəsaitdən asılıdır. Bu vəsait yetərincə olmasa, tibbi xidmət də yetərincə olmayacaq”.
“Tibbi sığorta paketinə daxil olan bütün tibbi xidmətlər detallaşdırılmalıdır”
A.Qeybullanın sözlərinə görə, İTS paketinə daxil olan bütün xidmətlərin detallaşdırılmasına ehtiyac var:
“Hesab edirəm ki, bütün ölkə ərazisində İTS-nin tətbiqinə başlamaq lazımdır. Hələlik yalnız iki rayonda pilot layihə kimi ticbari tibbi sığorta tətbiq edilib. Hesab edirəm ki, bu, eksperiment edilməyə ehtiyacı olmayan məsələdir. Bunu bütün ölkədə həyata keçirmək lazımdır. Dünya təcrübəsi ortadadır. Qonşu dövlətlərin də təcrübəsi göz önündədir.
ITS paketinə daxil olan bütün tibbi xidmətlər – ilk növbədə doğuş və təxirsəsalınmaz yardım detallaşdırılmalıdır”.
Artıq dərmanlara böyük vəsaitlər ödəmək yox!
İTS-nin həyatımıza gətirəcəyi digər mühüm dəyişikliklərdən biri də bu sistemdən faydalanan vətəndaşların dərman preparatlarını da baza zərfi çərçivəsində əldə etməsi ilə bağlıdır. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə üçün gərəkli olan bütün dərman preparatları baza zərfi hesabına əldə edə biləcək ki, bu da xeyli miqdarda vəsaitə qənaət etmək deməkdir. Başqa sözlə desək, daha artır dərmanlara böyük vəsaitlər sərf etməyə ehtiyac qalmayacaq. Xatırladaq ki, 1800-dən çox xidmətin İTS-ninn baza zərfinə daxildir.
Həkimləri daha məsuliyyətli olmağa vadar edəcək sistem
İTS-nin tətbiqinin daha bir önəmi bu sistemin həkimləri daha da məsuliyyətli olmağa vadar etməsidir. Çünki həkimlərin pasient üçün yazdığı müalicə və resept İTS Agentliyinə daxil ediləcək ki, bu da sözügedən agentliyə müalicə prosesini başdan sona qədər nəzarətdə saxlamağa imkan verəcək. Müalicə üçün gərəkli olan vəsait də məhz müayinənin düzgünlüyünə əmin olandan sonra ayrılacaq.
Bir sözlə, İTS-nin tətbiqi səhiyyə sistemində müsbətə doğru onlarla dəyişikliyə səbəb olacaq ki, bu da daha sağlam fərd, daha sağlam cəmiyyət deməkdir.
Məqalə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.
Seymur Əliyev, moderator.az
Agentlik mətbuatda
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26 Fevral 2024 18:02
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17 Fevral 2024 22:33
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10 Fevral 2024 22:00
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02 Fevral 2024 11:21
Трансплантация почки и печени. Сбор средств недопустим!
10 Yanvar 2024 16:44
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09 Yanvar 2024 15:58
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08 Yanvar 2024 13:42
ЛОР-операции в Азербайджане
07 Yanvar 2024 12:27
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18 Dekabr 2023 13:42
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 Noyabr 2023 11:50