Yerləşdirilmə tarixi: 19.02.2021
Son müraciət tarixi: 01.03.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Məsləhətçi
Şöbə: İctimaiyyətlə əlaqələr

Vəzifə öhdəlikləri:

•    KİV-lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələrin qurulması;
•    İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların (press-reliz, açıqlama, bəyanatlar və s.)  rəsmi çıxışların hazırlanmasını və redaktəsini təmin etmək; 
•    KİV və qeyri-hökumət təşkilatları ilə əlaqələrin qurulması, onlardan daxil olan müraciətlərin vaxtında  cavablandırılmasını təmin etmək;
•    İctimaiyyətlə əlaqələr sahəsinə dair  sənədlərin və layihələrinin hazırlanmasında iştirak etmək;
•    Agentliyin fəaliyyəti ilə bağlı hazırlanan media monitorinqlərin  təhlil edilməsi və təkliflərin verilməsi;
•    İcbari tibbi sığorta və Xidmətlər Zərfi ilə bağlı çap materiallarının hazırlanması və redaktə edilməsi;
•    Agentliyin rəsmi internet saytının fəaliyyətinin monitorinqinin həyata keçirilməsi və bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair təşəbbüslərlə çıxış etmək;
•    Agentliyin saytının daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
•    Rəhbərlik  tərəfindən verilən digər  tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.

Vəzifə üçün tələblər:
•    İctimaiyyətlə əlaqələr, jurnalistika, filologiya sahələrində ali təhsilin olması;
•    Azərbaycan dilində səlis yazmaq və danışmaq; 
•    Analitik düşüncə tərzi;
•    Sıx iş qrafikində işləmək bacarığı;
•    Komanda daxilində işləmək bacarığı;
•    Rus və ya ingilis dilində səlis yazmaq və danışmaq;
•    Microsoft Ofis proqramlarında işləmək bacarığı;
•    Müvafiq sahədə ən azı 3 il əmək stajının olması.

Maraqlanan namizədlər CV-lərini 01 mart 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiyalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə vakant yer elan edir

19 Aprel 2021 14:33

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kadrlar üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsinə vakant yer elan edir

24 Fevral 2021 15:17

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və tədbirlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

19 Fevral 2021 10:55

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  .Net Proqramçı vəzifəsinə vakant yer elan edir

29 Yanvar 2021 11:39

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

04 Dekabr 2020 16:01

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göyçay şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

04 Dekabr 2020 15:57

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cəlilabad şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir

04 Dekabr 2020 15:52

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağcəbədi şəhərində fəaliyyət göstərəcək filialı üçün Mütəxəssis vəzifəsinə vakant yer elan edir

04 Dekabr 2020 15:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquqi tənzimləmə və müqavilələrin ekspertizası şöbəsinə vakant yer elan edir

17 Sentyabr 2020 10:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hüquq şöbəsinin müdiri vəzifəsinə vakant yer elan edir

17 Sentyabr 2020 10:33