10 Oktyabr 2023 11:07
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC arasında sıx əməkdaşlıq aparılıb. Belə ki, “Hökumət buludu”na Keçid Planına əsasən Agentliyin informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam miqrasiyası üzrə işlər yekunlaşıb.
Agentliyin informasiya sistemlərinin mərhələli şəkildə “Hökumət buludu”na (G-cloud) miqrasiyası təmin edilib və bəzi hallarda yeni informasiya sistemlərinin infrastrukturu birbaşa olaraq “Hökumət buludu”nda yaradılıb.
Agentlik İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturunu və məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup-as-a-Service) xidmətini əldə edib. Həmçinin Agentlik elektron xidmətlərin göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkil edilməsi, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatının və 24/7 monitorinqinin həyata keçirilməsi kimi əlavə xidmətlərdən yararlanmaqdadır.
Eyni zamanda, Agentlik qurum üçün ayrılmış informasiya texnologiyaları resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə tənzimləmək imkanına malikdir.
Qeyd edək ki, hazırda Agentlik və “AzInTelecom” MMC bulud xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə müzakirələri davam etdirir.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 140-a çatdırılıb
06 Oktyabr 2023 11:30