Yerləşdirilmə tarixi: 14.05.2020
Son müraciət tarixi: 14.06.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya sistemlərinin təhlükəsizliyi şöbəsinə Cyber Security Analyst vəzifəsinə vakant yer elan edir

           Vəzifə öhdəlikləri:

  • Server proqram təminatının dəstəklənməsində iştirak edilməsi, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
  • Sistemlərdə təhlükələrin və boşluqların təhlil edilməsi, onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
  • Daxili təhlükəsizlik testlərinin keçirilməsi, hesabatların hazırlanması;
  • Kibertəhlükəsizlik pozuntularının təhlil edilməsi, onların həlli üçün  tədbirlərin görülməsi,
  • Şəbəkə təhlükəsizliyi, müdaxilənin aşkarlanması (İDS) və müdaxilənin qarşısının alınması (İPS) sistemlərinin tələblərinin müəyyən edilməsi;
  • Şəbəkədə kiberhücumların, icazəsiz daxilolmaların, qanunsuz müdaxilələrin qarşısının alınması;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
  • Şəbəkə avadanlıqlarının iş prinsipi üzrə biliklər;
  • İT təhlükəsizlik üzrə 3 il iş təcrübəsi;
  • Mail, Proxy, Backup, Firewall, antivirus xidmətlərinin quraşdırılması və sazlanması üzrə biliklər;
  • Firewall and IDS/IPS, müdaxilə və zəiflik (penetration and vulnerability) testlərinin aparılması haqqında biliklər;
  • DLP, anti-virus və anti-malware, Windows, UNIX and Linux sistemləri üzrə biliklər;
  • Şəbəkə protokolları və paket analiz alətləri ilə bağlı biliklər;
  • Müvafiq sahələr üzrə sertifikatlara malik olma arzuolunandır;
  • Komandada işləmək bacarığının olması.

Maraqlanan namizədlər CV-lərini 14 may 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

 

Vakansiyalar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir.

27 Aprel 2020 17:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

20 Mart 2020 19:35

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

20 Mart 2020 19:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sistem inzibatçılığı şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir

20 Mart 2020 19:28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sistem inzibatçılığı şöbəsinə məsləhətçi vəzifəsinə vakansiya elan edir

20 Mart 2020 19:23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sosial Media Mütəxəssisi üzrə vakansiya elan edir

24 Yanvar 2020 12:49

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinin şöbə müdiri vəzifəsinə vakansiya elan edir

06 Dekabr 2019 18:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir sıra vəzifələrə vakant yerlər elan edir

06 Dekabr 2019 18:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir

22 İyun 2019 15:26

Pilot ərazilərdə həkim vəzifələri üzrə vakant yerlər

04 İyun 2019 10:39