Yerləşdirilmə tarixi: 03.09.2021
Son müraciət tarixi: 03.10.2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə vakant yer elan edir

Vəzifə: Kiçik mütəxəssis, Mütəxəssis, Baş mütəxəssis

Şöbə: Tibbi ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:

  • Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin), və digər tələb edilən sənədlərin alınması;
  • Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
  • Sığorta hadisəsi zamanı, sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
  • Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

    Vəzifə üçün tələblər:

  • Baza ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
  • Tibb sahəsində həkim olaraq 1 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert olaraq sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil bilikləri arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər;
  • İxtisası üzrə sertifikatların olması arzu olunandır.

 

 

Maraqlanan namizədlər CV-lərini 03 oktyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

 

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

Zəng sifariş et