19 May 2021 14:49
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb
“Qafqazinfo” xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi ilə təminata alınan laboratoriya xidmətləri bunlardır:
Kliniki analizlər;
Biokimyəvi analizlər;
Bakteroloji analizlər;
İmmunoloji analizlər;
İnfeksiyaların təyini və digər xidmətlər.
Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Zərfə bir sıra kardioloji və neyrocərrahi xidmətlər də daxil edilib. Bura qapalı və açıq ürək əməliyyatları aiddir.
Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Növbəti mərhələdə zərfə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.
Mətbuat
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur
07 Aprel 2022 10:00
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42