25 Noyabr 2019 17:38
İcbari tibbi sığortanın 2020-ci ildə ölkə üzrə mərhələli tətbiqinin detalları açıqlanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar təkliflərini hökumətə təqdim edib.
Agentlikdən APA-ya verilən məlumata görə, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir.
Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək.
İkinci mərhələdə - aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.
Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir.
Regionlar üzrə əhalinin sayı 2018-ci ilin statistikasına istinadən verilib və göstəricilərin hesablanması zamanı Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı nəzərə alınmayıb. Naxçıvan Muxtar Respublikasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini sözügedən qurum həyata keçirir.
Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək.
Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Mətbuat
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur
07 Aprel 2022 10:00
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42