20 Avqust 2019 15:47
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.
Bu günədək 21 tibb müəssisəsi 617 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiber-optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 25 tibb müəssisəsində kabelləşmə işləri icra olunub.
İyul ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər. Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin 22 regionda yerləşən tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.
Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir.
Hazırlanmış işçi plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.
Agentlik mətbuatda
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50
Спасают недоношенных младенцев по всему Азербайджану
25 Noyabr 2022 16:38
Губинская центральная больница встала на ноги
21 Noyabr 2022 16:18
İcbari tibbi sığorta ilə irsi xəstəliklərin erkən diaqnostikasında ilk addım
18 Noyabr 2022 23:40