08 May 2022 10:00
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
Uzun illər ən çox tənqid edilən sahələrdən olmuş səhiyyə sistemində son vaxtlar nəzərə çarpan müsbət dinamika əhali tərəfindən razılıqla qarşılanır. Sirr deyil ki, bir zamanlar vətəndaşlar müalicə üçün qonşu ölkələrə üz tuturdular. İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində reallaşan dəyişikliklər keyfiyyətli tibbi xidməti bütün vətəndaşlar üçün əlçatan edib.
İTS tətbiq ediləndən ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə sığortahaqqı dövlət büdcəsi hesabına ödənilir. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Bunlara 18 yaşınadək şəxslər, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri aiddir. Bu şəxslər heç bir ödəniş etmədən istənilən dövlət tibb müəssisəsində müayinə və müalicə almaq hüququna malikdir.
Həyatda elə insan yoxdur ki, ömründə bir dəfə də olsa, xəstələnməsin. Onu da bilirik ki, elə xəstəlik var, onun müayinə və müalicəsinə xeyli vəsait lazımdır. Bu isə aztəminatlı ailələrin imkanı xaricində olur. Vaxtında aşkarlanan xəstəliyə zamanında edilən müalicə köməyə yetsə də, hər kəsin maddi vəziyyəti onun tez şəfa tapmasına imkan vermir. İcbari tibbi sığortanın tətbiqi məhz bu məqsədə xidmət edir və tətbiqindən uzun müddət keçməsə də, Azərbaycan artıq öz təcrübəsini formalaşdırıb. Bütün çətinliklərə baxmayaraq, səhiyyədə bəlkə də çoxunun inanmadığı, gözləmədiyi şəffaflıq təmin olunub.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimləri ölkədə İTS-in tətbiqindən məmnundurlar. Ötən ildən institutda tamamilə yeni bir ab-hava nəzərə çarpır. Bu müalicə müəssisəsinə üz tutan hər kəs ilk andaca qayğı ilə əhatə olunur, yüksək səviyyəli tibbi xidmətlə təmin edilir. Ölkənin müxtəlif bölgələrindən klinikaya gələn hər bir xəstə müxtəlif müayinələrdən, laborator analizlərdən tamamilə pulsuz yararlanır, sağlamlıqlarına qovuşur. Şəhid ailələrinə, qəhrəman qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və bu ilin ilk 3 ayında görülən işlərlə bağlı bu günlərdə keçirilən mətbuat konfransında bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın ölkəmizin hər yerində tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçirilib. O deyib ki, 2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 min 305-ə yüksəlib. Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi tibbi xidmətlərdən yararlanıb.
Həkimləri daha çox məmnun edən isə onun tibbi statistik göstəricilərlə yanaşı səhiyyə işçilərinin əməkhaqqı artımı və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı söylədikləri olub. Sədr bildirib ki, 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 faiz artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə qeyd olunmalıdır ki, ötən il ərzində tibb müəssisələri 5 min 248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər başa çatdırılıb. Eyni zamanda, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra dəqiq məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına cari il üzrə 5 dəyişiklik edilib. Məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. Həm 17 ixtisas üzrə, həm 14 ixtisas üzrə çalışan həkimlərin sırasında institutumuzun heyəti təmsil olunur və bu, bizi çox sevindirir.
Agentlik tərəfindən xidmətlər zərfinə dəyişikliyin edilməsi barədə hazırlanan layihədə 700 tibbi xidmətin həmin zərfə daxil edilməsi, ümumilikdə 3 mindən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlərə limitli qaydada ürək-damar cərrahiyyəsi də daxil edilib. Bu, bizim məsuliyyətimizi birə beş qat artırır.
Agentlik mətbuatda
Азербайджанские больницы переходят на цифровое оборудование
26 May 2023 15:53
Азербайджан оснащает государственные больницы суперсовременным оборудованием
23 May 2023 10:00
“Az qalırdım öz ürəyimi çıxarıb oğluma verim...” - İcbari tibbi sığorta ilə əməliyyat edilənlərin hekayəsi
10 May 2023 17:45
Закуплено новое медицинское оборудование для охраны здоровья матери и ребенка
01 May 2023 15:23
Abşeron Rayon Mərkəzi Xəstəxanası yüzminlərlə vətəndaşın ümid yerinə çevrilib
20 Aprel 2023 20:00
Даже в Джалилабаде: резекция желудка, операция на печени, торакальные операции
09 Mart 2023 09:00
Ноу-хау агентства по лабораторным анализам в Азербайджане
13 Fevral 2023 16:30
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20