06 İyun 2022 13:40
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
“Səhiyyədə görülən əsas işlərdən biri elektronlaşma olub”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətini sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, bütün tibb müəssisələrinə fiberoptik internet xətləri çəkilib: “Bu, kifayət qədər ağır bir proses idi. Xüsusilə xəstəxana daxilində şəbəkələrin çəkilməsi ona görə çətinlik yaratdı ki, COVID-19 infeksiyası ilə bağlı xəstəxanalara girişdə müəyyən məhdudiyyətlər var idi. 274 dövlət tibb müəssisəsinə fibetoptik internet çəkilib. Hazırda Bakıda poliklinikaların da davamlı və dayanıqlı internetlə təmin edilməsi üçün işlər davam etdirilir. Bu proses ilin sonuna kimi yekunlaşdırılacaq”.
Zaur Əliyev qeyd edib ki, bütün tibb müəssisələrində elektron səhiyyə proqramları quraşdırılıb: “750-ə yaxın kompüter paylanılıb. Lakin bu kifayət deyil. Planlaşdırılır ki, bütün həkimlərin önündə kompüter olsun və onlar xəstəlik tarixçələrini sistemə özləri daxil etsinlər. Bunun üçün tibb müəssisələrinə 20 minə yaxın kompüter verilməsi gözlənilir. Burada təlim prosesi olduqca vacibdir. Buna görə də bu proses mərhələli şəkildə davam etdirilir”.
Agentlik mətbuatda
Азербайджанские больницы переходят на цифровое оборудование
26 May 2023 15:53
Азербайджан оснащает государственные больницы суперсовременным оборудованием
23 May 2023 10:00
“Az qalırdım öz ürəyimi çıxarıb oğluma verim...” - İcbari tibbi sığorta ilə əməliyyat edilənlərin hekayəsi
10 May 2023 17:45
Закуплено новое медицинское оборудование для охраны здоровья матери и ребенка
01 May 2023 15:23
Abşeron Rayon Mərkəzi Xəstəxanası yüzminlərlə vətəndaşın ümid yerinə çevrilib
20 Aprel 2023 20:00
Даже в Джалилабаде: резекция желудка, операция на печени, торакальные операции
09 Mart 2023 09:00
Ноу-хау агентства по лабораторным анализам в Азербайджане
13 Fevral 2023 16:30
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20