13 Dekabr 2019 11:37
Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyəti üçün keçirilən təlimlər yekunlaşıb
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan təlim başa çatıb. Məlumat üçün bildirək ki, layihənin işçi qrupuna Agentliyin və “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi”nin nümayəndələri daxildirlər.
Təlimdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəran şəhərlərinin, o cümlədən Şamaxı, Göyçay, Quba, Cəlilabad və Ağcabədi rayonlarının tibb heyəti iştirak edib. Bir ay ərzində davam edən təlimə sözügedən rayonlardan 25 həkim və 24 orta tibb işçisi qatılıb.
Təlimdə iştirakçılara klinik biokimya və klinik mikrobiologiyaya, habelə laborator xidmətlərin kodlaşdırılması qaydaları və laborator testlərin tibbi protokollara əsasən təyin olunma xüsusiyyətləri üzrə nəzəri biliklər aşılanıb. Tibb işçiləri ilə müasir tibbi standartların təbliği, diaqnostikada testlərin doğru seçimi və nəticələrin interpretasiyası barədə interaktiv müzakirələr aparılıb. Tibb işçilərinin klinik nümunələrin alınması, analizlərin düzgün aparılması qaydaları, tam avtomatlaşdırılmış sistemlərdə iş üzrə vərdiş və bacarıqlarını artırmaq məqsədi ilə praktik məşğələlər keçirilib. İştirakçılarının təlim proqramını necə mənimsəməsini müəyyən etmək məqsədi ilə qiymətləndirilmə aparılıb. Qiymətləndirmədə iştirak edən həkimlərin 19-u, laborantların isə 13-ü yüksək bal toplayıb. Qeyd olunmalıdır ki, həkimlər üçün keçid balı 70, orta tibb işçiləri üçün isə 50 bal olaraq təyin olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bu istiqamətdə təlimlərin layihənin növbəti mərhələlərində keçirilməsi planlaşdırılır. Təlimlərə digər regionların diaqnostik laboratoriyalarında çalışan tibb heyəti dəvət ediləcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49