15 Oktyabr 2024 17:07
Koreya Hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə edib
2024-cü il 15 oktyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Hökuməti arasında əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub. Koreya Hökuməti tərəfindən "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib.
Layihə Agentlik ilə Koreya Hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək”.
Vüqar Qurbanov isə çıxışında vurğulayıb ki, Koreya ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması və tibbi avadanlıqların təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir: “Bu əməkdaşlıq, səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir”.
"Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir," - deyə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq öz çıxışına əlavə edib.
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov isə öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir. Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Koreya Hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500 000 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, bu təşəbbüs Koreya Hökumətinin Azərbaycana ilk yardımı deyil. Əvvəlki illərdə də Koreya Hökuməti tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilmiş, həmçinin COVID-19 pandemiyası dövründə müayinə köşkləri təhvil verilmişdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə qarşılanan aritmiyaların cərrahi müalicəsində beynəlxalq sertifikatlı cihazlardan istifadə olunur
11 Oktyabr 2024 11:23
İcbari tibbi sığorta infeksion xəstəliklərin diaqnostikasını qarşılayır
08 Oktyabr 2024 09:35
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26