30 Sentyabr 2024 15:15
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
Müxtəlif patoloji hallara görə pasiyent sərbəst sidiyə çıxa bilmirsə sidiyi xaric etmək məqsədi ilə sidik-ifrazat sisteminin katerizasiyası aparılır. Bu məqsədlə böyrək, sidik axarı və ya sidik kisəsinə kateter (drenaj borusu) yerləşdirilir. Bundan başqa müalicəvi manipulyasiyalar, diaqnostik proseduralar, əməliyyatdan sonra və ya xəstəlik zamanı sidiyin sərbəst ifrazı məqsədi ilə xəstəyə kateter yerləşdirilə bilər.
USM və rentgenoskopiya nəzarətində qarının yan divarından açılan kiçik kəsik və ya punksiya ilə parenximadan keçməklə böyrəyə kateterin qoyulması əməliyyatı perkutan nefrostomiya adlanır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.
Sidik ifrazının uzunmüddətli pozulması böyrək toxumalarının geriyədönməz zədələnməsinə və orqanın funksiyasının itirilməsinə gətirib çıxarır. Sidik axarı və böyrəyin zədələnməsi, həmçinin sidik kisəsi, uşaqlıq yolu və prostat vəzi şişlərinin inkişafı nəticəsində sidik ifrazının pozulması nefrostomiya üçün göstəriş hesab oluna bilər. Sidik ifrazının pozulması böyrək ləyəni və kasacıqlarının patoloji genişlənməsinə, böyrəklərin iltihabı və funksiyasının pozulmasına, sidik yolunda olan infeksiyanın qana keçməsi nəticəsində infeksion - iltihabı prosesə səbəb ola bilər. Nefrostoma sidiyin böyrəkdən xaric edilməsini təmin etməklə ağırlaşmaların qarşısını alır və xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına xidmət edir.
Nefrostoma əksər hallarda böyrək daşlarının çıxarılmasından sonra yerləşdirilir. Bəzi hallarda nefrostomiya sidik-ifrazat sistemində icra ediləcək əsas əməliyyatlardan əvvəl hazırlıq mərhələ kimi həyata keçirilir.
Nefrostomiyadan başqa müayinə və müalicə məqsədi ilə sidik kanalından keçərək müvəqqəti olaraq sidik axarına stentin yerləşdirilməsi, perkutan sistostomiya (sidiyi xaric etmək məqsədi ilə qarın divarından sidik kisəsinə kateterin yeridilməsi), sidik kisəsinin kateterizasiyası (sidik kanalı vasitəsilə sidik kisəsinə kateterin yeridilməsi) da icbari tibbi sığorta ilə qarşılanır.
Qeyd edək ki, bu tibbi xidmətlər zamanı anesteziya, istifadə olunan xüsusi tibbi sərfiyyat (drenaj borusu, kateter, stent) icbari tibbi sığorta təminatına daxildir.
Qeyd olunan tibbi xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında həkim göstərişi əsasında icra olunur.
Xəbərlər
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47