21 Dekabr 2022 17:25
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 dekabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti və media nümayəndələrinin icbari tibbi sığorta sisteminin işləmə mexanizmi haqqında məlumatlılıq səviyyəsini artırmaq, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək və gücləndirməkdir.
Tədbirdə təqdimatla çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta barədə məlumatlandırılmasında qeyri-hökumət təşkilatları və media mənsublarının rolu böyük əhəmiyyət daşıyır. Bu səbəbdən media mənsublarına və bu sahədə maarifləndirmə tədbirləri təşkil edən vətəndaş cəmiyyətinə icbari tibbi sığorta sisteminin qaydaları barədə dolğun məlumatlar vermək zəruridir.
Təqdimat zamanı iştirakçılar icbari tibbi sığorta sistemindən istifadə qaydası, sığortahaqlarının məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilməsi qaydası və digər məsələlər haqqında məlumatlar əldə ediblər.
Sual-cavab sessiyasında Agentliyin Tibbi ekspertiza şöbəsinin əməkdaşları Tərlan Paşayev və Arzu İbrahimova iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda iştirakçılar icbari tibbi sığorta sistemi barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə yazılı sorğuda iştirak ediblər.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00