08 İyul 2019 16:31
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
İyulun 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının təcrübəsi barədə məsələlərin daxil edildiyini bildirib.
Əvvəlcə “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəyə baxılıb.
Layihə ilə bağlı parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova bildirib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun bir sıra maddələrində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” ifadəsi ilə əvəz olunur. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun müvafiq maddələrində “sosial, psixoloji və digər kömək” sözləri “Psixoloji yardım haqqında” Qanunla müəyyən edilmiş qaydada “psixoloji yardım, habelə sosial və digər kömək” sözləri ilə əvəzlənir. Bu qanunla bir paketdə daxil olan digər qanunvericilik aktlarında da eyni məzmunlu dəyişikliklər nəzərdə tutulub.
Sonra “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd təqdim edilib. Qeyd edilib ki, həmin qanunlarda hazırkı “psixoloji yardım almaq” ifadəsi təklif olunan variantda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq” kimi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, yuxarıda adıçəkilən qanunlara edilməsi nəzərdə tutulan dəyişikliklər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli Qanunu ilə əlaqədardır. Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri deputatlar tərəfindən müsbət dəyərləndirilərək Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cari ilin iyun ayında Koreya Respublikasına səfəri barədə də danışıb. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə ölkənin aidiyyəti qurumlarının təmsilçiləri daxil idilər. Səfər müddətində nümayəndə heyətinin üzvləri Koreya Respublikasının icbari tibbi sığortanın tətbiqi sahəsində təcrübəsi, bu istiqamətdə göstərilən xidmətlər, bununla bağlı qanunvericilik bazası ilə tanış olublar.
Məlumat verilib ki, hazırda ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq olunması üçün hazırlıq işləri həyata keçirilir. Sistemin tətbiqinə 2020-ci ildən başlanılması gözlənilir. Bununla bağlı tibb müəssisələrində də lazımi işlər görülür.
Müzakirələr zamanı çıxış edən deputatlar Musa Qasımlı, Qənirə Paşayeva, İlham Məmmədov, Rəşad Mahmudov və Kəmaləddin Qafarov məsələyə dair öz fikirlərini səsləndiriblər. Vurğulanıb ki, tibbi sığortanın ölkə üzrə tam tətbiqi vətəndaşların mənafeyinə xidmət edəcək, onlar keyfiyyətli tibbi xidmətlə təmin olunacaqlar. Qeyd olunub ki, bu sahədə maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır.
Sonra Əhliman Əmiraslanov və iclasda ıştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu deputatları maraqlandıran sualları cavablandırıblar.
Mətbuat
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur
07 Aprel 2022 10:00
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42