28 Sentyabr 2019 17:26
Musa Quliyev: İcbari tibbi sığortanın tətbiqində Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib
“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə sahəsində mövcud olan problemlər aradan qaldırılacaq”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir. Onun sözlərinə görə, icbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür.
“Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara xeyli sayda dəyişiklik edilib. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayan vaxtlarda hansısa çətinliklər, problemlər ortaya çıxa bilər. Amma bunlar hamısı həll olunası məsələlərdir”-deyə, M.Quliyev vurğulayıb.
Agentlik mətbuatda
Даже в Джалилабаде: резекция желудка, операция на печени, торакальные операции
09 Mart 2023 09:00
Ноу-хау агентства по лабораторным анализам в Азербайджане
13 Fevral 2023 16:30
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50