19 İyun 2023 17:23
Nigar Bayramova Azərbaycanı ÜST-nin Avropada Maliyyə Müdafiəsi üzrə Barselona Forumunda təmsil edib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Sistemlərinin Maliyyələşdirilməsi üzrə Barselona Ofisi Avropadakı tendensiyalar haqqında məlumatlılığı artırmaq, dəyişiklik üçün gündəliyi müəyyən etmək və siyasətlərin işlənib hazırlanmasını təşviq etmək üçün maliyyə müdafiəsi və səhiyyə xidmətinə sərfəli çıxış üzrə iki günlük ekspert görüşü təşkil edib.
Görüşdə ÜST-nin Avropa regionuna üzv olan 40 ölkədə maliyyə müdafiəsi üzrə hesabat layihəsinin nəticələri paylaşılıb. Hesabat sübutlara, təhlillərə və qabaqcıl təcrübəyə əsaslanaraq, əhalinin səhiyyə xərclərindən müdafiəsi sahəsində dəyişdirilməli olan məsələləri və səbəbləri müəyyən edib. İki gün ərzində iştirakçılar ölkə səviyyəsində necə irəliləyiş əldə etdiklərinə dair təcrübələrini bölüşüblər.
ÜST-nin Avropada Maliyyə Müdafiəsi üzrə Barselona Forumunda yerli səhiyyə qurumlarının nümayəndələri və maliyyə müdafiəsi üzrə ekspertlər iştirak ediblər. Forumda Azərbaycanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və ÜST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Tural Qulu təmsil edib.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30