10 Mart 2022 17:42
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Bildirilib ki, N.Bayramova əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və daha çox tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində yararlanmaq üçün Xidmətlər Zərfinə dəyişikliyin ediləcəyini bildirib: “Hazırda Xidmətlər Zərfi ilə 2550 sayda tibbi xidmət təminata alınıb. Dəyişikliyə əsasən xidmət sayının 3 mindən çox olması nəzərdə tutulur”.
N.Bayramovanın sözlərinə görə, orqan - böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Həmçinin endoprotezləşdirmə əməliyyatları ilə bağlı illik limit 300-dən 1200-ə qaldırılacaq.
T.Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupun aktiv fəaliyyətini diqqətə çatdırıb.
Qeyd edək ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes - hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Mətbuat
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur
07 Aprel 2022 10:00
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir
25 Fevral 2022 17:26