22 Sentyabr 2020 14:17
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.
Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.
Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.
AZƏRTAC xəbər verir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.
Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqram, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.
“Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.
Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.
Mətbuat
Yanvardan ödədiyimiz pulla hansı tibbi xidmətlər göstəriləcək?
20 Yanvar 2021 10:17
“Zaur Əliyev peyvənddən sonra özünü yaxşı hiss edir”
19 Yanvar 2021 12:21
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 Yanvar 2021 16:46
Həkim-infeksionist: Vaksinasiya COVID-19-dan qurtuluş yoludur
02 Yanvar 2021 16:09
Gələn ildən hər kəsin ailə həkimi olacaq
29 Dekabr 2020 19:12
İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir
16 Dekabr 2020 18:17
Vaxtından əvvəl doğulan uşaqların reanimasiyası təşkil ediləcək
28 Noyabr 2020 15:47
Bütün xəstəxanalarda müddətli həqiqi hərbi xidmətdə olanlara dövlət hesabına tibbi yardım göstəriləcək
20 Noyabr 2020 02:32
Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiqlənib
11 Noyabr 2020 14:40
“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib
23 Oktyabr 2020 11:30