19 İyun 2023 10:34
Xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadıldı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin qərarı ilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”a dəyişiklik edilib.
Əsas dəyişiklik 2 hissədən ibarətdir. Birinci dəyişikliyə görə Proqramın müddəti 2024-cü ilədək uzadılıb. Bu o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək.
Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə çıxış imkanlarını genişləndirməyə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində kadr çatışmazlığını aradan qaldırmağa və müasir müalicə üsullarını tətbiq etməyə imkan yaradacaq.
İkinci dəyişikliyə görə həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədi ilə Agentliyin İdarə Heyəti sədrinin əmri ilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.
Qiymətləndirmə zamanı həkim-mütəxəssisin peşəkar fəaliyyəti və şəxsi keyfiyyətləri nəzərə alınır. Həkim-mütəxəssisin altı aylıq müddət ərzində peşəkar fəaliyyəti üzrə yerinə yetirilməli olan göstəricilərə nümunə kimi bunlar qeyd edilə bilər:
cərrahi ixtisaslar üzrə icra edilən əməliyyat sayının 120-dən az olmaması;
terapevtik ixtisaslar üzrə müayinə edilən pasiyent sayının 2400-dən az olmaması;
radioloq ixtisası üzə təhlil edilən nəticələrin sayının 1200-dən az olmaması;
anestezioloq-reanimatoloq ixtisası üzrə iştirak edilən əməliyyat sayının 240-dan az olmaması və s.
Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Müvafiq Qaydaya uyğun olaraq həkimlərin göstərdikləri tibbi xidmətlərin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələr yuxarıda qeyd olunan məbləğlərdən az olduqda belə həkim-mütəxəssislərə aylıq 6500 və 5000 manat həvəsləndirici əlavələr ödənilir. Məsələn, Proqram üzrə fəaliyyət göstərən ümumi-cərrahın hesablanmış aylıq həvəsləndirici əlavəsi 1000 manat təşkil etsə belə, ona 6500 manat həvəsləndirici əlavə ödənilir.
Qaydaya uyğun olaraq həkim mütəxəssislərə işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 6500 və 5000 manatdan çox olduqda isə yaranacaq fərqin maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49