25 May 2019 12:29
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Trend-in məlumataına görə, məqsəd Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.6-cı bəndinə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından effektiv istifadə məsələlərinin müzakirə edilməsi olub.
Görüşdə qeyri-formal məşğul əhalinin formal məşğulluğa keçidində icbari tibbi sığortanın rolu və əhəmiyyətindən bəhs olunub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübədən istifadə edilməklə qanunvericilik aktlarına dəyişikliklər layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.
Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin rəhbəri Elnur Süleymanov ölkədə qeyri-formal məşğulluqla mübarizə ilə bağlı görülmüş işlərin müsbət nəticələrini qeyd edib.
O, 2020-ci ildən respublikada tətbiq ediləcək icbari tibbi sığortanın formal məşğulluğun təşviqində mühüm rol oynayacağını bildirib. Aparılan uğurlu siyasət və islahatlar nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının mütəmadi artdığını vurğulayan E.Süleymanov icbari tibbi sığortanın tətbiqinin də bu artıma öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.
Agentliyin nümayəndələri qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə məqsədilə görüləcək tədbirlərin effektli təşkili baxımından iki qurum arasında fəal əməkdaşlığın önəmini qeyd ediblər.
Hər iki qurumun elektron informasiya sistemlərinin inteqrasiya edilməsi üzrə işlərin aparıldığı da bildirilib.
Görüşdə qeyri-formal məşğulluqla mübarizədə birgə tədbirlərin görülməsinə, o cümlədən qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən daha səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair razılıq ifadə edilib.
Agentlik mətbuatda
В Баку больным гепатитом В и С выдают бесплатные лекарства
03 Avqust 2022 12:21
В Азербайджане врачи больше не просят деньги за операции. Что происходит?
28 İyul 2022 10:32
Как новорожденных в Азербайджане проверяют на болезни
27 İyul 2022 17:39
В Азербайджане повышены зарплаты медиков
25 İyul 2022 13:40
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların ümid yeri olmağa davam edir
20 İyul 2022 15:38
İcbari tibbi sığorta insan amilinə verilən dəyərdir
07 İyul 2022 17:00
İcbari tibbi sığorta ilə ilk dəfə səs eşitməyin sevinci
04 İyul 2022 10:40
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00