01 İyun 2022 19:00
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.
Səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açaraq səhiyyə sektorunun davamlı inkişafının təmin edilməsinin ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.
Bu baxımdan, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.
Sonda tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilmiş və növbəti iclasda Fərmanda nəzərdə tutulduğu kimi, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas komponentlərin müzakirəsinə qərar verilib.
Mətbuat
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
İcbari tibbi sığorta: Əhalinin sağlamlığı etibarlı şəkildə qorunur
07 Aprel 2022 10:00
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42
Ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir
25 Fevral 2022 17:26