23 Avqust 2019 15:44
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb işçiləri üçün ikigünlük təlim keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin ilk günündə agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin müdiri Vüsal Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə icbari tibbi sığortanın Şərur rayonunda 2019-cu il iyunun 1-dən tətbiq olunmağa başlandığını bildirib. Qeyd edilib ki, təlimin keçirilməsində məqsəd Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarında çalışan tibb işçilərini icbari tibbi sığortanın tətbiqi qaydaları, bununla bağlı klinik protokollara uyğun tibbi xidmətlərin təşkili, agentliyə təqdim olunacaq hesabatların forması, hazırlanması və təqdim edilməsi qaydaları barədə məlumatlandırmaqdır.
Agentliyin İcbari tibbi sığorta işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Babayeva sığortaolunanın tibb müəssisəsi tərəfindən qəbul edilməsi və qeydiyyatının aparılması haqqında məlumat verib. Səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Nazəni Rüstəmli “Aylıq hesabatların tərtib və təqdim olunma qaydalarının izah edilməsi”, Maliyyə və təsərrüfat sektorunun müdiri Nicat Əsgərov “İcbari tibbi sığortanın maliyyələşmə formaları və nümunəvi hesabat formalarının təqdim edilməsi” mövzularında slaydlar vasitəsilə ətraflı məlumat veriblər. Sonra tibb işçiləri ilə birlikdə mövzular müzakirə edilib.
Növbəti gün isə agentliyin əməkdaşları Təranə Babayeva “Agentlik əməkdaşları ilə xəstəxana işçilərinin qarşılıqlı iş prinsipləri, göndərişlərin yazılması və qeydiyyatının aparılması, icbari tibbi sığortanın prinsipi, məqsədi, əhaliyə göstərdiyi xidmətlər”, Çilənay Qurbanlı isə “İcbari tibbi sığortada klinik protokollara uyğun tibbi xidmətlərin təşkili” mövzularında slaydlar vasitəsilə məlumat veriblər.
Agentlik mətbuatda
Даже в Джалилабаде: резекция желудка, операция на печени, торакальные операции
09 Mart 2023 09:00
Ноу-хау агентства по лабораторным анализам в Азербайджане
13 Fevral 2023 16:30
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50