12 İyul 2019 11:31
Cari ilin ilk altı ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1536 vətəndaş müraciəti daxil olmuşdur
Müraciətlərin 658-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktubla, 878-i telefon vasitəsilə edilib. Müraciətlər əsasən icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilmişdir.
Agentlik tərəfindən hər bir müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.
Hesabat dövrü ərzində daxil olmuş müraciətlərin 19,3 %-i (296) həll edilmiş, 75,6%-nə (1162) müvafiq izahat verilmiş, 3,5%-i (53) icrada olmuş, 0,6%-i (9) əsassız sayılmış, 0,7%-i (11) baxılmamış saxlanılmış, 0,3%-i (5) baxılması üçün aidiyyəti üzrə göndərilmişdir.
Müraciətlər aşağıdakı mövzularda olmuşdur:
Müraciətin qısa məzmunu | Müraciətlərin sayı |
Müayinə və müalicə | 369 |
Əlillik məsələləri | 189 |
Cərrahi əməliyyatlar | 187 |
İTS-nin tətbiqi və sığortahaqlarının ödənişi | 145 |
Əmək münasibətləri | 140 |
Tibbi sərf, vaksin və dərman təminatı | 113 |
Göndərişlərin verilməsi | 108 |
Tibbi xidmətlərlə bağlı ödənişlər | 67 |
Süni mayalanma | 19 |
Digər | 199 |
Cəmi | 1536 |
Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən qəbul edilən vətəndaşların sayı 135 olub. Onlardan 15,6%-i (21) həll edilmiş, 83,7%-nə (113) müvafiq izahat verilmiş, 0,7%-i (1)-i əsassız hesab edilmişdir. Qəbullarda qaldırılan məsələlər əsasən tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, işlə təmin olunma, müayinə, müalicə, cərrahiyə əməliyyatı və dərman təminatı ilə əlaqədar olmuşdur. Qeyd edək ki, 45 vətəndaş pilot layihənin həyata keçirildiyi ərazilərdə səyyar qaydada qəbul edilmişdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49