Yerləşdirilmə tarixi: 29.01.2021
Son müraciət tarixi: 28.02.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi .Net Proqramçı vəzifəsinə vakant yer elan edir
İşin qısa təsviri
Komandamıza cəlb etmək üçün .Net proqramlaşdırma dilləri və texnologiyaları istifadə edərək proqram təminatı tərtib edə bilən proqramçı axtarılır. Namizəddən yeni proqram təminatı və ya modullarının yaradılması, mövcud proqram təminatlarınn konfiqurasiya edilməsi və mövcud sistem istifadəçilərinə dəstək göstərilməsi tələb olunur.
Analitik düşüncə ilə funksional kodların yazılması və qüsurların aşkar edilməsi də tələblərə aiddir. Bununla bərabər sizi ünsiyyətcil və sıxıcı olmayan komandaya qatılmağınızı təklif edirik. Əgər siz də .Net texnologiyası, proqram təminatı, dizayn/arxitektura mövzularında maraqlısınızsa sizi komandamızda görmək istərdik.
Sizdən gözlənilən proqram təminatının dizaynı, yazılması və bu istiqamətdə dəstək göstərilməsində komandanın bir üzvü olmaqdır.
Öhdəliklər:
- Tələb olunan proseslərin analizində iştirak etmək
- Proqram təminatının arxitekturasının dizayn edilməsi və tərtib olunmasında komandalarla əməkdaşlıq etmək
- .NET proqramlaşdırma dillərindən istifadə edərək düzgün, miqyaslandırıla bilən, təmiz kod yazmaq
- Kodun redaktə, yenilənmə, refactor və debug edilməsi
- Mövcud proqram təminatları və modulları inkişaf etdirmək
Tələb olunanlar
- .Net developer olaraq iş təcrübəsi
- C# OOP, Asp.Net MVC, .Net Framework, .Net Core texnologiyaları üzrə əsaslı bilik və təcrübə
- TSql, PL/Sql dilləri üzrə əsaslı bilik və təcrübə
- Html5, Css3, Javascript, Ajax, Angular istifadəsi və biliyi
- REST və SOAP servislər üzrə geniş biliklər
- Baş verə biləcək problemləri həll etmə və ünsiyyət bacarıqları
- Detallara diqqət
Maraqlanan şəxslər subject (mövzu bölməsində) .Net Proqramçı göstərməklə hr@its.gov.az ünvanına CV ilə müraciət edə bilərlər.
Vakansiyalar
Agentlik Layihələrin idarəolunması şöbəsinin vakansiyası elan edir
03 May 2024 17:02
Agentlik Tibbi xidmətlərin strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 May 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00