21 Fevral 2022 16:24
2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vahid əlaqələndirmə mərkəzlərində 130 xidmət göstərib
2021-ci ilin 23 avqust - 31 dekabr tarixləri aralığında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ölkədə fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində 115 vətəndaş qəbul edib. Bu müddət ərzində onlara ümumilikdə 130 xidmət göstərilib. Bu xidmətlərin 73-ü əlillik statusunun əldə olunması, 36-sı müxtəlif tibbi xidmətlər, 19-u icbari tibbi sığorta və Xidmətlər Zərfi, 2-si isə COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı olub.
Hazırda vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 25 qurumdan biri olan Agentlik vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərir.
Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir. Eyni zamanda vətəndaşların Xidmətlər Zərfi ilə bağlı sualları ətraflı şəkildə cavablandırılır, icbari tibbi sığorta sistemindən istifadə qaydası izah edilir.
İkinci istiqamət COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı sualların cavablandırılması, həmçinin Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.
Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) Agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq Agentliyin Tibbi planlama departamenti, DOST Agentliyinin DOST xidmətləri departamenti və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və müvafiq tədbirlər görülür. Eyni zamanda Agentliyin mütəxəssisləri əlillik statusu ilə bağlı cavab gözləyən və ya statusu əldə etmək üçün müraciət edən şəxslərə də lazımi köməkliyi göstərirlər.
Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri ilk dəfə ötən ilin 23 avqust tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) mərkəzlərində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49