11 Dekabr 2020 11:20
Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə və könüllülərə 15.100 manat müddətli əlavə və mükafat ödənilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən oktyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 38 nəfər könüllüyə mükafat ödənilib.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 2 nəfər tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 5.600 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 38 nəfər könüllüyə oktyabr ayı üzrə ümumilikdə 9.500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00