13 Dekabr 2019 09:16
Agentliyin əməkdaşları ÜST-nin təşkilatçılığı ilə Omanda keçirilən qlobal görüşdə iştirak ediblər
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) əməkdaşları Tural Qulu və Qasım Əmrahlı həmçinin Səhiyyə Nazirliyinin əməkdaşı Anar İsrafilovdan ibarət nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə 9-12 dekabr tarixlərində “Qeyri-infeksion xəstəliklər və psixi sağlamlıq” mövzusunda keçirilən qlobal görüşdə iştirak ediblər.
Qlobal görüşdə qeyri-infeksion xəstəliklərlə mübarizə proqramları və psixi sağlamlığın yaxşılaşdırılması üçün tədbirlər müzakirə edilib, müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Görüşdə Agentliyin nümayəndəsi Tural Qulu panel sessiyasında çıxış edərək Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində aparılan işlər, bu xəstəliklərə nəzarəti yaxşılaşdırmaq məqsədilə ilkin səhiyyə xidmətinin gücləndirilməsi və insan sağlamlığı üçün zərərli məhsullara (tütün, alkoqol, energetik içkilər və s.) tətbiq edilən əlavə vergilər barədə iştirakçıları məlumatlandırıb.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38