23 Fevral 2021 16:36
Agentliyin İdarə Heyəti sədrinin müavini “Caspian Energy Club”un “Online B2G Forum”unda iştirak edib
23 fevral 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.
Forumda həmçinin dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumu giriş nitqi ilə açan “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev təşkilat barədə məlumat verib. Onun sözlərinə görə, “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və təşkilatın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından ibarətdir.
Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, dövlətin diqqət və qayğısı sayəsində əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər görülür: “Ölkə başçısının respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı verdiyi fərman da səhiyyə sisteminin daha sürətlə inkişaf etməsinə imkan yaratmışdır”. N.Bayramova qurumun fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi və 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfi barədə iştirakçılara ətraflı məlumat verib: “İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator və stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, eləcə də, stasionar şəraitdə dərman təminatı və cərrahi əməliyyatlar daxildir”.
Daha sonra N.Bayramova “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.
Telman Əliyev açıq və səmimi dialoqa görə Nigar Bayramovaya təşəkkür edib. Bütün dünyada hökm sürən pandemiya dövründə hər kəsin sağlamlığına diqqət etməsini tövsiyə edib.
N.Bayramova öz növbəsində koronavirusa qalib gəlmək üçün vaksinasiya strategiyasında nəzərdə tutulmuş əhali qruplarının peyvənd olunmasının və vətəndaşlara sosial məsafə saxlamağın, maskadan istifadə etməyin vacibliyini bildirib.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45