09 Avqust 2019 10:59
2019-cu ilin yeddi ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1837 vətəndaş müraciəti daxil olmuşdur
Müraciətlərin 802-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 1035-i telefon vasitəsilə edilib. İyul ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinin sayı 318 təşkil etmişdir.
Müraciətlər əsasən icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilmişdir.
Agentlik tərəfindən hər bir müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.
Hesabat dövrü ərzində daxil olmuş müraciətlərin 18,3 %-i (337) həll edilmiş, 75,7%-nə (1390) müvafiq izahat verilmiş, 4,1%-i (75) icrada olmuş, 0,5%-i (9) əsassız sayılmış, 0,5%-i (9) baxılmamış saxlanılmış, 0,9%-i (17) baxılması üçün aidiyyəti təşkilata göndərilmişdir.
Müraciətlər aşağıdakı mövzularda olmuşdur:
Müraciətlərin qısa məzmunu | Müraciətlərin sayı |
Müayinə və müalicə | 298 |
Əlillik məsələləri | 236 |
Cərrahi əməliyyatlar | 214 |
İTS-nin tətbiqi və sığortahaqları | 140 |
İşə qəbul və əmək münasibətləri | 170 |
Tibbi sərf, vaksin və dərman təminatı | 125 |
Göndərişlərin verilməsi | 120 |
Tibbi xidmətlərlə bağlı ödənişlər | 112 |
Süni mayalanma | 20 |
Digər | 402 |
Cəmi | 1837 |
Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən qəbul edilən vətəndaşların sayı 152 olub. Onlardan 16,4%-i (25) həll edilmiş, 82,9%-nə (126) müvafiq izahat verilmiş, 0,7%-i (1)-i əsassız hesab edilmişdir. Qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, işlə təmin olunma, müayinə, müalicə, cərrahiyə əməliyyatı və dərman təminatı ilə əlaqədar olmuşdur.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49