11 Noyabr 2020 14:40
Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiqlənib
Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən edəcək. Qaydalar əhalinin müayinə və müalicə üçün yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələrini seçmək hüququnu təmin etmək məqsədini daşıyır.
Akkreditasiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi tabeliyindən asılı olaraq qurumların rəhbərləri tərəfindən təsdiq edilir.
Akkreditasiyanın keçirilməsi Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edilmiş normativ aktların tələbləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Həmin aktların hazırlanması layihənin Qərar hissəsində tapşırılır.
Həmçinin layihənin qəbul edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsinə əsas yaradacaq.
Agentlik mətbuatda
İcbari tibbi sığorta ilə sağlam ailə zənciri quraq
17 Avqust 2023 22:00
Pulsuz müalicə olunmaq istəyənlərin DİQQƏTİNƏ - Bunları etməlisiniz
30 İyul 2023 00:23
Dynatrace в государственном секторе: как ГАОМС в 3 раза сократило время на устранение сбоев IТ-систем
21 İyul 2023 17:50
“Xəstəni 3 dəfə ölümdən geri döndərə bildik” - KTM-in Təcili tibbi yardım şöbəsindən reportaj
19 İyul 2023 14:41
Помните программу «e-Tabib» во время пандемии? Есть новости!
03 İyul 2023 18:40
Агентство ОМС об обязательной диспансеризации детей
01 İyul 2023 16:53
Азербайджан закупил аппараты для восстановления дыхания, сердца... и многое другое
22 İyun 2023 19:56
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq”
09 İyun 2023 15:47
Азербайджанские больницы переходят на цифровое оборудование
26 May 2023 15:53
Азербайджан оснащает государственные больницы суперсовременным оборудованием
23 May 2023 10:00