14 Noyabr 2020 14:03
Türkiyə Respublikasının tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olub
14 noyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Selami Kılıç ilə görüşüb.
Görüşdə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Serkan Gökkaya, Ankara şəhər Xəstəxanasının Pediatriya Mərkəzinin rəhbəri Emrah Şenel, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev iştirak ediblər.
Görüşün məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün ehtiyaclarla yerində tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olub. Xəstəxanaların idarəolunması işinin təşkili, Türkiyədəki tibb müəssisələri ilə Azərbaycandakı müəssisələr arasındakı “model xəstəxana” quruculuğu, tibbi-elmi tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Selami Kılıç səmimi qəbula görə Agentliyin İdarə Heyətinin sədrinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 21 nəfərdən ibarət tibb mütəxəssisi 1 saylı Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikasına ezam olunub: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində fəaliyyət göstərən politravma mərkəzlərindəki xəstələrin müalicəsinin təşkili məsələlərinə Türkiyədə təhsil almış həkimlər də dəstək olacaq”.
Zaur Əliyev öz növbəsində cəbhədə torpaqlarımız uğrunda vuruşan yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün ölkəmizə ezam olunan tibb mütəxəssislərinə görə Selami Kılıça minnətdarlığını bildirib. Agentliyin İdarə Heyətinin sədri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, elektron səhiyyənin mövcud vəziyyəti və s. barədə qonaqlara məlumat verib və Azərbaycan-Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb.
Xəbərlər
2021-ci ilin mart ayı ərzində icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib
12 Aprel 2021 14:53
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI
09 Aprel 2021 16:02
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin yanvar ayı üzrə 18.3 milyon manat müddətli əlavə və mükafat ödənilib
09 Aprel 2021 14:47
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
08 Aprel 2021 16:16
“AztraZeneca” vaksininin Azərbaycana gətirilməsi ilə bağlı iclas keçirilib
30 Mart 2021 19:01
1 apreldən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək
30 Mart 2021 16:02
Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri davam etdirilir
29 Mart 2021 15:49
Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib
19 Mart 2021 11:46
Beynəlxalq səfərlər üçün verilən COVID-19 PZR analizinin nəticəsinin onlayn qaydada əldə edilməsi məqsədilə elektron xidmət yaradılıb
16 Mart 2021 18:24
Yaponiyanın Azərbaycandakı səfiri ilə Agentlikdə görüş keçirilib
16 Mart 2021 17:27