01 Fevral 2021 11:35
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 vətəndaş müraciəti daxil olub
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 müraciət daxil olub. Müraciətlər ərizə, şikayət və təklif xarakterli olmaqla məktub və teleqram vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Şəki, Quba və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 9128-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 3469-u əlillik məsələləri, 1378-i işə qəbul və əmək münasibətləri, 315-i dərman preparatları və tibbi cihazların təminatı, 277-si COVID-19, 8-i tibb müəssisələrinə göndərişlərin verilməsi və 1599-u isə digər məsələlər üzrə mövzuları əhatə edib.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 2443 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində "Vətəndaşlar üçün” bölmə mövcuddur. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilmiş, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilmişdir.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23