13 İyun 2023 14:53
Vətəndaşların 70%-i icbari tibbi sığortadan məmnundur
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə əhalinin məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə sorğu keçirilib. Sorğu Agentliyin sosial media hesabı üzərindən bir ay ərzində aparılıb.
Onlayn sorğuda ümumilikdə 304 nəfər iştirak edib. Onlardan 53 %-ni kişi, 47 %-ni isə qadınlar təşkil edib. Onların 49 %-i 25-34 yaş aralığındadır.
Respondentlərdən icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib-etməmələri barədə sual soruşulub. 72 % sorğu iştirakçısı icbari tibbi sığortadan yararlandığını bildirib.
Həmin şəxslərin 56 %-i Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında xidmət aldığını bildirib. Sözügedən tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində tibbi xidmət alan respondentlər isə 44 % təşkil edib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə edənlərin məmnunluq səviyyəsi 70% təşkil edib.
Onlayn sorğu zamanı əhalinin icbari tibbi sığortadan məmnunluğu ilə yanaşı, məlumatlılıq səviyyəsi də öyrənilib. Əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Agentlik tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə kampaniyası vətəndaşların məlumatlılıq səviyyəsinin qalxmasına gətirib çıxarıb. 96 % respondent icbari tibbi sığorta haqqında məlumatlı olduğunu bildirib.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30