28 Noyabr 2019 17:17
Xaçmaz və Qusar sakinləri icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar maarifləndirilib
Noyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qusar və Xaçmaz şəhərlərində keçirilən görüşlərdə sakinlər 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə əlaqədar maarifləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşları Tural Qulu və İsa Məmmədov təqdimatlarla çıxış edərək, icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçiriləcəyini bildiriblər.
Birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və 2 milyona yaxın vətəndaşı əhatə edəcək. Yanvar-mart aylarında həyata keçiriləcək proses Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq olunacaq.
Bildirilib ki, mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.
Tədbirlərdə icbari sığorta haqları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari sığorta haqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 2 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənməsi nəzərdə tutulur. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1 faiz, 8 min manatdan yüksək olan hissəsindən isə 0,5 faiz ödənilməsi müəyyən edilib.
Diqqətə çatdırılıb ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, respublikada icbari tibbi sığortanın tətbiqinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək. İkinci mərhələdə, aprel-iyun aylarında 17 region – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq.
İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq.
Sonuncu mərhələdə isə (oktyabr-dekabr ayları) Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək.
Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən, eləcə də verilməyən laborator və diaqnostik xidmətlərin siyahısı təsdiqləndikdən sonra Agentliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tətbiq olunacaq yeniliklər barədə əlavə məlumatlar verilib.
Agentlik mətbuatda
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50
Спасают недоношенных младенцев по всему Азербайджану
25 Noyabr 2022 16:38
Губинская центральная больница встала на ноги
21 Noyabr 2022 16:18