29 Mart 2024 15:00

Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Abşeron rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Göyçay filialı rəhbərinin və Kürdəmir, Zərdab, Ucar, Göyçay rayon Mərkəzi Xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 19 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən  müayinə-müalicə, icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlər, əlillik məsələləri, təmir-tikinti, iş və əmək münasibətləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Zəng sifariş et