07 May 2020 14:56

Zaur Əliyev: Pandemiya Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə təsir etdi

Təəssüflər olsun ki, koronavirus pandemiyası Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə təsir etdi.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, layihə kifayət qədər uğurla başlamışdı: “Xəstəxanalarda gündəlik müraciətlərin sayı 1000-i keçmişdi. Təəssüflər olsun ki, koronavirus məsələsi ortaya çıxanda bütün gücləri onunla mübarizəyə sərf etdik. Həm koronavirusla mübarizəni, həm də icbari tibbi sığoratnın tətbiqinin eyni vaxtda davam etməsi mümkün deyildi. Digər mərhələli rayonlar üzrə layihənin tətbiqi 2021-ci ilin yanvarına qədər ertələndi”.