23 Noyabr 2023 16:45

Zaur Əliyev Qubada vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev noyabrın 23-də Quba Rayon Mərkəzi Xəstəxanasında Quba və Qusar rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Quba filialının rəhbərinin, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru və Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin iştirakı ilə keçirilən qəbulda 17 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən  müayinə-müalicə, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər, əlillik məsələləri, iş və əmək münasibətləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra Z.Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə tanış olub.

Ardınca xəstəxana ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə yaradılan abidəyə baxış keçirən qonaqlar tibb müəssisəsində çalışan şəhid ailəsi üzvləri ilə görüşüblər.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Zəng sifariş et