Loading...
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (tibb təhsili arzuolunandır);

  • Təcrübə: Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);

  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;

  • Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;

  • Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)

Vəzifə öhdəlikləri:

  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;

  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;

  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;

  • Müraciət vərəqinin hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi;

  • İş vaxtı (namizədin seçiminə uyğun olaraq):

    • 09:00-18:00 (istirahət günləri cümə axşamı-cümə);

    • 13:00-22:00 (istirahət günləri şənbə-bazar);

  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22 yanvar 2025-ci il tarixi;

  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı və uyğun iş vaxtı (09:00-18:00 və ya 13:00-22:00) mütləq qeyd edilməlidir;
     

Sizə uğurlar arzu edir və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

 

Bakı
cv@its.gov.az
09:00-18:00 / 13:00-22:00
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri