Loading...
Agentlik Göndərişlər şöbəsinə mütəxəssis vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinə mütəxəssis vakansiyası elan edir.
Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Təklif etdiyimiz imkanlar:
•    Gənc və peşəkar kollektivdə çalışma şansı;
•    Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
•    Karyera inkişafı üçün yaradılan şərait;
•    Rəqabətədavamlı əmək haqqı;
•    İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
•    Təhsil: Ali tibbi təhsil;
•    Təcrübə: Tibb sahəsində 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
•    Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
•    Şəxsi bacarıqlar: Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı, vaxtın idarə olunması, problemləri həll etmə bacarıqları;
•    Dil bilikləri: Xarici dil bilikləri arzuolunandır.
Vəzifə öhdəlikləri:
•    Müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
•    Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
•    Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;                                                                                          
•    Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
•    Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq.

Seçim mərhələləri:
•    Müraciətlərin nəzərdən keçirilməsi
•    Test mərhələsi
•    Müsahibə mərhələsi

Vakansiyaya son müraciət tarixi: 29 yanvar 2025.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
09:00-18:00 (13:00-14:00 nahar)
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri