Loading...
Beynəlxalq əlaqələr departamentinə mütəxəssis/məsləhətçi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr departamentinin mütəxəssisi/məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.


Təklif etdiyimiz imkanlar:
•    Gənc və peşəkar kollektivdə çalışma şansı;
•    Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
•    Karyera inkişafı üçün yaradılan şərait;
•    Rəqabətədavamlı əmək haqqı;
•    İldə üç dəfə mükafatlandırma sistemi.


Tələb olunan səriştə və təcrübə:
•    Təhsil: Ali təhsil (beynəlxalq əlaqələr və ya regionşünaslıq üzrə);
•    Təcrübə: Beynəlxalq əlaqələr sahəsində ən azı 1-2 illik iş təcrübəsi (vəzifəsən asılı olaraq);
•    Texniki biliklər: Microsoft Office proqram bilikləri;
•    Şəxsi bacarıqlar: Layihələrin idarəolunması, operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
•    Dil bilikləri: Azərbaycan və ingilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə rus dili biliyi.


Vəzifə öhdəlikləri:
•    Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində beynəlxalq inkişafa dəstək üzrə ixtisaslaşan xarici dövlətlərin müvafiq qurumları ilə aparılan diplomatik danışıqlarda iştirak etmək;
•    Xarici dövlətlərin müvafiq qurumları tərəfindən təklif edilmiş layihələri Agentliyin fəaliyyəti çərçivəsində icra etmək;
•    İcbari tibbi sığorta üzrə beynəlxalq təcrübənin öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
•    Xarici tərəfdar qurumlar tərəfindən hazırlanmış arayışların təhlilinin aparılması və təkliflərin hazırlanması;
•    Agentliyin digər struktur bölmələrinin beynəlxalq təşkilatlarla əlaqələrinin koordinasiyasında iştirak etmək.


İş şəraiti:
•    İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
•    İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170;
Seçim mərhələləri:
•    Müraciətlərin nəzərdən keçirilməsi
•    Müsahibə
•    Vakansiyaya son müraciət tarixi: 30 aprel 2025;
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

Bakı
cv@its.gov.az
Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
  • Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri