13 Yanvar 2022 14:30
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 25 373 vətəndaş müraciəti daxil olub
2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 25 373 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 25 303-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 70-i isə teleqram vasitəsilə edilib.
3776 müraciət əsasən Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Astara, Cəlilabad, Masallı, Abşeron və Lənkəran rayonlarının sakinləri tərəfindən birbaşa olaraq Agentliyə edilib. 21 597 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.
Daxil olan müraciətlərin 11 937-si müayinə və müalicə, 7289-u əlillik məsələləri, 2490-ı işə qəbul və əmək münasibətləri, 1506-sı COVID-19, 897-si dərman vasitələri və tibbi sərflə təminat, 1254-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. 21 775 müraciət cavablandırılıb, digərləri isə icradadır.
Habelə Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 26 390 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular ailə həkimi seçimi, Xidmətlər Zərfinə daxil olan və olmayan əməliyyatlar, icbari tibbi sığorta haqqı, göndəriş vərəqəsinin verilməsi qaydası, vaksinasiya üçün onlayn növbə xidmətindən istifadə və peyvənd, immunitet, əks göstəriş sertifikatlarının əldə edilməsi qaydası və s. olub.
Qeyd edilən müddət ərzində 5916 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən əlillik dərəcəsinin təyin edilməsi, icbari tibbi sığortanın tətbiqi, işə qəbul və əmək münasibətləri, müayinə-müalicə, cərrahiyə əməliyyat, COVID-19 və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49