15 Yanvar 2021 16:53
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 yanvar 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Novo Nordisk şirkəti arasında “Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun onlayn imzalanması mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Novo Nordisk şirkətinin Azərbaycan üzrə meneceri Gülşabə Abbasova imzalayıblar.
Layihənin əsas məqsədi ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və əhalini bu istiqamətdə maarifləndirərək sağlam həyat tərzi keçirməyə sövq etməkdir.
Mərasimdə Novo Nordisk şirkəti, Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri qonaqları salamlayaraq bildirib ki, şəkərli diabet XXI əsrdə ən geniş yayılmış xəstəliklərdəndir: “Hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur. Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir”. Onun sözlərinə görə, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır: “İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu birgə səylərimizlə bizə mənfi tendensiyanı müsbətə doğru çevirməyə yeni imkanlar açır”.
Novo Nordisk şirkətinin korporativ vitse-prezidenti Emil Larsen öz növbəsində bildirib ki, 95 ildən artıq tarixi olan Novo Nordisk şirkəti dünyanın 75 ölkəsində fəaliyyət göstərir. 1998-ci ildən isə Azərbaycanla tərəfdaşlıq edir: “Hazırda dünyanın 170 ölkəsində 30 milyon şəkərli diabet daşıyıcısı şirkətin məhsullarından istifadə edir, bununla da insulinə olan tələbatın təxminən 50%-i şirkət tərəfindən təchiz edilir”.
Daha sonra ekspertlər tərəfindən Novo Nordisk şirkətinin Azərbaycandakı fəaliyyəti və layihənin Azərbaycan üçün üstünlükləri barədə məruzələr edilib.
Məlumat üçün bildirək ki, Novo Nordisk şirkəti şəkərli diabetin müalicəsində tibbin ən yeni nailiyyətlərdən istifadə edən dünya üzrə tanınmış şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və şəkərli diabetə tutulma riski olanlara öz dəstəyini ifadə edir, bu xəstəliklə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına daim öz töhfəsini verir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49