04 Fevral 2019 11:44
Xidmətlər zərfinin hazırlanması üzrə təlim keçirildi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin və Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi çərçivəsində “Xidmətlər zərfinin hazırlanması” mövzusunda təlimçilər üçün təlim təşkil olunmuşdur.
Fransa Milli Səhiyyə İnformasiya İnstitutunun rəhbəri Dominik Polton və Litva Səhiyyə nazirliyinin baş müşaviri Gintaras Kaçeviçius tərəfindən keçirilmiş təlimlərin məqsədi icbari tibbi sığortanın (İTS) xidmətlər zərfinin hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahə üzrə təlimçilər qrupunun yaradılması olmuşdur. Təlimdə Agentliyin, Azərbaycan Tibb Universitetinin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları olmaqla 20 nəfər iştirak etmişdir.
5 gün davam edən təlimdə İTS üzrə dünya təcrübəsi, xidmətlər zərfinə dair nəzəriyyə və təcrübə, xidmətlər zərfinin hazırlanması zamanı istifadə olunan meyarlar, xidmətlər zərfinə dair beynəlxalq və milli təcrübədən alınan dərslər, xidmətlər zərfinə daxil olan dərman vasitələrinin siyahısının hazırlanması, xidmətlər zərfinin təkmilləşdirilməsi üçün yeni tibbi texnologiyaların və tibbi məhsulların qiymətləndirilməsi barədə təqdimatlar edilmişdir. Qrup məşğələləri zamanı yuxarıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış və çalışmalar təşkil edilmişdir.
Təlimdə həmçinin Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova İTS-nin məqsədləri, baza və istisnalar zərfi, tibbi xidmətlər üzrə ödəniş qaydaları haqqında məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov İTS-nin tətbiqi ilə bağlı xəstəxananın fəaliyyətinin və onun maliyyələşdirilməsi sisteminin yenidən qurulması, İTS-nin tətbiqinin həm əhali, həm də tibb işçilərinə göstərdiyi təsir haqqında məlumat vermişdir.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49