İdarə Heyətinin sədri
Əliyev Zaur Rafik oğlu 1981-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur.
1997-2000-ci illərdə “Cambridge Regional College”də (Kembric şəhəri, Böyük Britaniya) orta təhsil almışdır.
2000-2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil almışdır.
2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləmişdir.
2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləmişdir.
İxtisaslaşmış Sertifikatlı Mühasiblər Assosiasıyasının (London şəhəri, Böyük Britaniya) üzvüdür.
“London Business School” (London şəhəri, Böyük Britaniya), “Harvard Business School” (Boston şəhəri, Birləşmiş Ştatlar) və “IE Business School” (Madrid şəhəri, İspaniya) tərəfindən keçirilmiş təlimlər də daxil olmaqla, bir sıra peşəkar təlimlərdə iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 sentyabr tarixli 3222 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0214t nömrəli 24 dekabr 2020-ci il tarixli əmri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Müşahidə Şurasının sədri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2023-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası"nın üzvü təyin olunub.
Evlidir, üç övladı var.
İdarə Heyəti sədrinin müavini
Bayramova Nigar Yusif qızı 1980-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur.
1997-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya ixtisası üzrə ali təhsil almışdır.
2006-2009-cu illərdə Qərb Universitetində (Bakı şəhəri, Azərbaycan) maliyyə və kredit ixtisası üzrə ali təhsil almışdır.
2009-2015-ci illərdə Böyük Britaniya, Türkiyə və Rusiyada idarəçilik üzrə çoxsaylı təlimlərdə iştirak etmişdir.
2001-2004-cü illərdə bir sıra özəl təşkilatlarda mühasib vəzifəsində işləmişdir.
2004-2010-cu illərdə “BE&G Sığorta” ASC-də müxtəlif vəzifələrdə işləmişdir.
2010-2016-cı illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 2070 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 3304 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Müşahidə Şurasının üzvü təyin olunub.
Evlidir, bir övladı var.
Zəng sifariş et