Loading...

“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib

28.04.2025, 16:40

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), TƏBİB və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında “Yanıq yaralarının müalicəsi” mövzusunda 5 günlük təlimə başlanılıb.

Yanıq xəstələrinin müalicəsində müasir yanaşmaların tətbiqini təşviq etmək, tibb işçilərinin nəzəri və praktiki biliklərini artırmaqdan ibarət olan təlimin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İTSDA-nın Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, cərrahiyyə tibb elmləri, uşaq cərrahiyyəsi anabilim dalı müəllimi dos. dr. Sabri Demir, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi və tibb işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini A.İsrafilov beynəlxalq əməkdaşlıq layihələrinin səhiyyə xidmətlərində keyfiyyətin yüksəlməsinə təsir etdiyini və inkişafa təkan verdiyini xüsusi vurğulayıb.

TİKA ilə əməkdaşlığın əhəmiyyətindən söz açan Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli isə təlimin təşkilatçılıq məqsədləri və iştirakçılardan gözləntilər barədə məlumat verib, burada qazanılan bilik və bacarıqların ölkə səhiyyəsinə töhfə verəcəyini istisna etməyib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik çıxışında Türkiyə və Azərbaycan arasında səhiyyə sahəsində inkişaf edən əməkdaşlıqdan bəhs edib. O, yanıq müalicəsi sahəsində Türkiyənin əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməkdən məmnun olduğunu bildirib.

Daha sonra cərrahiyyə tibb elmləri, uşaq cərrahiyyəsi anabilim dalı müəllimi dos.dr. Sabri Demir yanıq yaralarının müalicəsində ən son elmi yeniliklərin və beynəlxalq standartlara uyğun müasir yanaşmaların əhəmiyyətindən danışıb.

Tədbirin sonunda iştirakçılar qarşıdakı beş gün ərzində keçiriləcək nəzəri və praktiki sessiyalar haqqında məlumatlandırılıblar.

Qeyd edək ki, beş gün davam edəcək təlim çərçivəsində tibb işçiləri yanıq xəstələrinin müalicəsində ən son metod və yanaşmalar haqqında məlumatlandırılacaq, nəzəri və praktik təcrübələr əldə edəcəklər.

Последние новости

MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
11.04.2025
Ətraflı oxu
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
07.04.2025
Ətraflı oxu
Son dörd ildə icbari tibbi sığorta ilə əhaliyə 235 milyondan artıq tibbi xidmət göstərilib
01.04.2025
Ətraflı oxu
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır
19.03.2025
Ətraflı oxu
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri