Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır

19.03.2025, 08:00

Qrip virus mənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə, payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda həyata keçirilir.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə, qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilakok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur),  sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət 5-7 gündən çox davam etdikdə, temperatursalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü baş ağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər.

Yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər. Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq!

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue