Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi, xidmətlərdə tarif dəyişikliyi, siyahıda mövcud olan yanlışlıq və digər məsələlərlə bağlı müraciətlərinizi bizə göndərin.
Xidmətlər Zərfi - icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxildir.
İxtisaslı həkimin göstərişi əsasında ambulator şəraitdə göstərilən Maqnit Rezonans Tomoqrafiya (MRT) və Kompüter Tomoqrafiyası (KT) müayinələrinə müştərək maliyyələşmə məbləği tətbiq olunur. Vətəndaş sözügedən müayinələr üçün Xidmətlər Zərfindəki tarifin 20 faizi həcmində müştərək maliyyələşmə məbləği ödəməlidir.
Nümunə: Ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arasında dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur.
Xidmətlər Zərfinə dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə, stomatoloji xidmətlər, süni mayalanma və s. kimi tibbi xidmətlər daxil deyil.
Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir. Xidmətlər Zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.
Xidmətlər Zərfində fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq olunur. İl ərzində vətəndaşlarımız icbari tibbi sığorta ilə Xidmətlər Zərfindəki fizioterapiya xidmətləri üzrə tibb müəssisəsinə 30 dəfə müraciət edə və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə istifadə edə bilərlər.
Əlavə olaraq, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üçün sığorta limiti tətbiq olunur. Bu xidmətlərin hər biri üçün ölkə üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib.
Suallarınıza ətraflı cavab almaq üçün 1542 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya onlayn çat vasitəsilə bizə yaza bilərsiniz.